Çin yeni nəsil telekommunikasiya peykini kosmosa buraxıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Çin yeni nəsil eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, buraxılış Sıçuan əyalətinin Siçan kosmodromundan həyata keçirilib.

Göyərtəsində kosmik aparat olan "Çançjen-3V" raket daşıyıcısı yerli vaxtla 5 yanvar 23:18-də start götürüb. Peyk şəbəkə məlumatlarının sürətli ötürülməsi və teleyayımın təşkili üçün nəzərdə tutulub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10