Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

Bakı. 18 fevral. REPORT.AZ/ Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.

Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün daşınmaların dayandırılmasına aydınlıq gətirməyib.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10