Çin Müdafiə Nazirliyi: Tayvanın müstəqilliyi regionda sülhlə bir araya sığmır

Tayvanın müstəqilliyə can atması adanı müharibə təhlükəsi ilə qarşı-qarşıya qoyacaq.

“Report” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan ölkə ordusunun regionda keçirdiyi təlimləri şərh edərkən bildirib.

"Tayvanın müstəqilliyi Tayvan boğazında sülhlə bir araya sığmır. Müstəqilliyə can atmaq Tayvanı müharibə təhlükəsi ilə üz-üzə qoyacaq və tayvanlı soydaşlarımıza dözülməz əzablar gətirəcək", - Ç.Syaoqanın bəyanatında qeyd olunub.

O vurğulayıb ki, ada ətrafında ordunun manevrləri tamamilə qanuni, zəruri və məntiqə uyğundur.

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb 12 aprel, 2025 / 10:52