İranda hərbi əməliyyatın başlamasından bəri 470-dən çox Çin vətəndaşı bu ölkədən uğurla təxliyə edilib.
"Report" "Xinhua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin brifinqdə bildirib.
Onun sözlərinə görə, İranda vəziyyətin gərginləşməsndən sonra Çin dəfələrlə müvafiq tərəflərə müraciət edərək İran və qonşu ölkələrdə olan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini xahiş edib. Ölkənin İran və qonşu ölkələrdəki səfirlikləri və konsulluqları Çin vətəndaşlarının təxliyəsinə kömək etmək üçün gecə-gündüz işləyir.