Çilidə qatar avtobusu vurub, ölənlər var

Çilinin cənubunda qatarın avtobusu vurması nəticəsində azı 7 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “BioBio” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, avtobusda 17 nəfər olub. Nəqliyyat vasitəsi Koroneldən San-Pedro-de-la-Pas istiqamətində hərəkət edirdi.

Ölkədəki dəmiryol daşımaları operatoru olan EFE şirkəti bildirib ki, hadisə zamanı avtomobil keçidindəki maneədə nasazlıq olmayıb. Avtobusun sürücüsü saxlanılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10