Bakı. 4 noyabr. REPORT.AZ/ Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kuriko şəhərindən 25 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 90,8 kilometr dərinlikdə olub.
Hələlik itki və ya dağıntı barədə məlumat verilmir.