Cənubi Sudanın Conqley ştatında patrul xidmətinə hücum nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı missiyasının (UNMISS) bəyanatında bildirilib.
Məlumata görə, hücum patrul dəstəsi Pajut yaşayış məntəqəsinə yollanarkən naməlum silahlı şəxslər tərəfindən törədilib. 7 nəfər yaralanıb, onların arasında 3 sülhməramlı, Cənubi Sudan Milli Polis Xidmətinin 2 əməkdaşı və 2 mülki şəxs (işçi) var.
UNMISS-in rəhbəri Anita Kiki Qbeho Cənubi Sudanda sülhün qorunması üçün çalışan BMT əməkdaşlarına hücumu yolverilməz adlandırıb. O, operativ araşdırma aparmağa çağıraraq qeyd edib ki, BMT sülhməramlılarına edilən hücumlar hərbi cinayət sayıla bilər.