Cənubi Koreyada zəncirvari qəzada azı 25 nəfər yaralanıb

Cənubi Koreyada 40-dan çox avtomobilin toqquşması nəticəsində azı 25 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyəti ağırdır. Qəza Seuldan 46 km qərbdə, Puçxon bölgəsində magistral yolda baş verib.

Qəzaya səbəb, ilkin məlumatlara görə, yolların buz bağlaması və qar olub.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28