Bakı. 23 İyun. REPORT.AZ/ Cənubi Koreyanın Səhiyyə Nazirliyi MERS - Yaxın Şərq respirator sindromu koronavirusuna üç yeni yoluxma hadisəsi barədə məlumat yayıb.
"Report" xəbər verir ki, xəstəliyə yoluxanların sayı 175 nəfərə çatıb, ölənlərin sayında dəyişiklik yoxdur - 19 nəfər.
Məmurların məlumatına görə, xəstəliyin aşkar olunduğu iki nəfər karantində olub, üçüncü şəxsin harada yoluxduğu məlum deyil.
Qeyd olunur ki, sözügedən virusa yoluxan 175 nəfərdən 54-ü tam sağaldıqdan sonra xəstəxanadan evə buraxılıb.