Cənubi Koreyada hərbi-tibb helikopteri qəzaya uğrayıb

Koreya Respublikası ordusunun tibb xidmətinə məxsus helikopterin Poçxon şəhərində yerləşən hərbi bazada qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pasientin arxasınca gəlmiş helikopter uçuş-eniş zolağında eniş etmək istəyərkən qəzaya uğrayıb. Xəsarət almış 5 ekipaj üzvündən ikisinin vəziyyəti ağırdır.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı istintaq başlanılıb.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20