Cənubi Koreyada helikopter qəzaya uğrayıb, ölənlər var

Cənubi Koreyada mülki helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, olayda azı 2 nəfər ölüb. İnsident yerli vaxtla 07:46-da (Bakı vaxtı ilə 02:46) paytaxt Seuldan 138 km şərqdə - Yonvol qəzasında qeydə alınıb.

Hadisəyə nəyin səbəb olduğu bəlli deyil.

Digər xəbərlər