Cənubi Koreyada hava şarı qəzaya uğrayıb, 1 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Cənubi Koreyanın Çecudo adasında hava şarının yerə düşməsi nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hava şarında turustlər olub.

Hadisəyə səbəb olaraq, uçuş zamanı şarın ağac budağına ilişməsi göstərilir. Bununla belə hadisənin dəqiq səbəb hələlik müəyyənləşdirilməyib. 

Bildirilib ki, qəza nəticəsində ölən hava şarının pilotdur. Hadisə zamanı o, yaralanıb, xəstəxanaya aparılıb və orada ölüb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10