Cənubi Koreyada anomal istilər 29 nəfərin həyatna son qoyub

Bakı. 3 avqust. REPORT.AZ/ Cənubi Koreyada iki həftədən çoxdur anomal istilər müşahidə olunur və bu müddətdə havanın temperaturu bir qayda olaraq 35 dərəcədən yüksək olub.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, avqustun 1-də paytaxt Seulda son 111 ilin ən isti günü keçib. Belə ki, termometrin şkalası 39,6 dərəcəyə yüksəlib.

Vətəndaşların bir çoxu belə şəraitə dözə bilmir, günvurma halları daha tez-tez olur, ürək-damar xəstəlikləri olan insanların problemləri kəskinləşir. 

Cənubi Koreyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, yalnız günvarmadan 29 nəfər ölüb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12