Koreya Respublikasının Prezidenti Yun Sok Yol onun impiçment işi üzrə Konstitusiya Məhkəməsinin qərarının açıqlanmasında iştirak etməməyə qərar verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının hüquqşünasları məlumat yayıb.
"Prezident sabah - qərarın elan ediləcəyi gün prosesdə iştirak etməməyə qərar verib. Prezidentin təhlükəsizliyi və mühafizəsi ilə bağlı məsələlər nəzərə alınıb", - bəyanatda bildirilib.
Konstitusiya Məhkəməsi aprelin 4-də Prezidentin işi üzrə qərarını açıqlayacaq. Parlament ötən ilin 14 dekabrında ona impichment elan edib. Konstitusiya Məhkəməsi Yun Sok Yolu ya hakimiyyətdən tamamilə kənarlaşdıra ya da vəzifəsinə bərpa edə bilər.