Cənubi Koreyanın Konstitusiya Məhkəməsi ədliyyə naziri Pak Son Çjenin impiçmentini rədd edib.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Konstitusiya Məhkəməsinə istinadən məlumat yayıb.
Məhkəmə, ədliyyə nazirinin 2024-cü ilin sentyabrında parlamentin sorğusuna cavab olaraq sənədləri təqdim etməməsini qanun pozuntusu hesab edib. Lakin bu onu vəzifədən kənarlaşdırmağa əsas verməyib.
Qeyd edək ki, dekabrın 12-də parlamentin 300 deputatından 195-i ədliyyə nazirinin impiçmenti lehinə səs verib. Parlament naziri "prezidentin qiyamında iştirakda" ittiham edib.