Cənubi Koreya Konstitusiya Məhkəməsi aprelin 4-də prezident Yun Sok Yolun impiçmenti ilə bağlı iş üzrə yekun qərar çıxaracağını elan edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, həm prezidentə dəstək xarakterli, həm də əleyhinə kütləvi mitinqlər gözlənilir.
Qərarın çıxarılacağı gün zorakılığın qarşısını almaq üçün 14 min polis səfərbər ediləcək. Son sorğuya əsasən, respondentlərin 60 %-i Yunun istefasını dəstəkləyir.
Həmçinin bildirilir ki, cümə günü Seulun mərkəzində Konstitusiya Məhkəməsinin yaxınlığındakı yollar bağlanacaq.
Xatırladaq ki, impiçment 14 dekabr 2024-cü ildə Milli Assambleya tərəfindən prezidentin hərbi vəziyyət tətbiq etmək cəhdindən sonra başladılıb ki, bu da güclü etirazlara və siyasi mübarizəyə səbəb olub.