Cammu və Kəşmirdə partlayış baş verib, xəsarət alanlar var

Bakı. 13 fevral. REPORT.AZ/ Cammu və Kəşmirdə bir mədrəsədə baş verən partlayış nəticəsində 28 şagird xəsarət alıb.

“Report” “Window to News”ə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb şagirdlərdən birinin çantasında sinifə gətirdiyi qumbara ilə oynaması olub.

Hadisə barədə xəbərin yayılması sakinlərlə asayiş keşikçiləri arasında toqquşmaya səbəb olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10