​Burkina-Fasoda iğtişaş zamanı üç nəfər ölüb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Burkina-Fasoda daxili siyasi vəziyyətin gərginləşməsindən yaranan iğtişaş nəticəsində, ən azı üç nəfər ölüb, 13 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bundan əlavə, ölkənin müvəqqəti prezidenti Mişel Kafandonu və hökumətin nazirlərini əsir götürən qiyamçılar onları azad ediblər.

Respublikada münaqişə artıq bir neçə ildir ki, davam edir.

Digər xəbərlər