Onlarla insan Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərinin mərkəzinə toplaşaraq, ölkədə Fransa hərbçilərinin olmasına etiraz ediblər.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Nümayişçilər Fransanı Afrikadakı imperiya siyasətinə qarşı çıxıblar və əllərində Fransa Silahlı Qüvvələri xüsusi təyinatlı bölməsinin Burkina-Fasonun şimal-qərbində, Kambuandakı bazasında yerləşdirilməsini özündə ehtiva edən tərəfdaşlıq müqaviləsinin ləğvini tələb edən plakatlar tutublar.
Analoji aksiyalar ötən il regionun digər ölkələrində - Niger və Çadda da keçirilib. Mali hökuməti Fransadan bütün hərbi hissələrini ölkədən tamamilə və tez bir zamanda çıxarmasını tələb edib.