Britaniya, Fransa, Almaniya və Ukrayna XİN başçılarının London görüşü təxirə salınıb

Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londonda planlaşdırılan görüşü təxirə salıblar.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, belə bir qərar ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoffun Böyük Britaniyaya səfərinin ləğvindən sonra qəbul edilib.

Xəbər lenti