Braziliyada son 24 saat ərzində COVID-19 infeksiyasına 34 918 yeni yoluxma halı aşkarlanıb. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxmadır.
“Report” “TASS”a istinadla xəbər verir ki, ötən sutka ərzində Braziliyada daha 1 282 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.
Bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 923 189 nəfərə çatıb, pandemiya 45 224 xəstənin ölümünə səbəb olub.
Müalicə alan 441 729 pasiyent sağalıb.