Braziliyada infeksiyadan ölənlərin sayı 79 minə çatır

Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 28 532 nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı hazırda 2 074 860 nəfərdir.

Ötən gün xəstəlikdən 921 nəfər ölüb və həyatını itirənlərin sayı 78 772-yə çatıb.

Ölkədə 1 342 362 nəfər virusdan sağalıb. Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir.

Digər xəbərlər