Bolqarıstan Prezidenti və baş naziri karantinə alınıb

Bolqarıstan Prezidenti Rumen Radev, baş nazir Kiril Petkov və bir neçə nazir Təhlükəsizlik Şurasının iclasından sonra karantinə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Belə ki, parlamentin spikeri Nikolay Minçevdə koronavirus aşkarlanıb.

Dövlət rəsmiləri ehtiyat tədbiri olaraq özlərini təcrid ediblər. Onların hamısının 7 gün ərzində özünütəcrid rejimində qalması planlaşdırılır.

Baş nazirin yerinə onun müavini Kalina Konstantinova tədbirlərdə iştirak edəcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12