Boliviyada avtobus dərəyə aşıb: 3 nəfər ölüb, daha 19 nəfər yaralanıb

Boliviyanın La-Pas departamentində avtobusun qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, 19 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “La Razon” qəzeti məlumat yayıb.

Yerli polis nümayəndəsinin sözlərinə görə, Alto-Beni istiqamətində hərəkət edən sərnişin avtobusu təxminən 80-100 m dərinlikdəki dərəyə düşüb.

Nəşr vurğulayıb ki, azı 19 sərnişin xilas edilib.

Digər xəbərlər