BMT Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”

BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan “son dərəcə narahat olub”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto Ninyo deyib.

“Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, – o, Beyrutdakı partlayışı şərh edib.

Xatırladaq ki, Livan KİV-in yaydığı məlumata görə, yanvarın 2-də İsrailə məxsus dron Beyrutun şəhərətrafında HƏMAS-ın qərargahına zərbələr endirib. Nəticədə HƏMAS-ın yüksəksəviyyəli nümayəndəsi zərərsizləşdirilib.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10