Bu həftə Türkiyə və Rusiyaya səfər etməyi planlaşdıran BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin koronavirus testinin cavabı müsbət çıxıb.
“Report”un məlumatına görə, bu barədə Qriffits tviter hesabında məlumat verib.
O bütün səfərlərini ləğv etdiyini və təcrid olunduğunu bilidirb.
“Şükür edirəm ki, peyvənd olundum. Dünyada bir çox insanın bu imkanı yoxdur”, - deyə o, tviterdə yazıb.
Qeyd edək ki, M. Qriffits BMT-də keçirdiyi brifinqdə prezident Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bu həftə Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb. Bundan əlavə, BMT baş katibinin müavini tezliklə Rusiyaya gedəcəyini də bildirmişdi.