Pentaqon rəhbəri NATO-nun Baş katibi ilə Rusiyanın hərəkətlərini müzakirə edib

Pentaqon rəhbəri Lloyd Ostin ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında danışıq olub.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Danışıqlar zamanı tərəflər Rusiyanın hərəkətlərini və alyansın buna cavabını müzakirə ediblər.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken də NATO-nun Baş katibi Yens Stoltenberq ilə danışıq aparmışdı.

Digər xəbərlər