Blinken Quterreşlə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken BMT-nin baş katibi Antoniu Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"(Onlar-red) BMT-nin (ölkələrin-red) suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsiplərinin qorunmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin Ukrayna və Haitidə təcili təhlükəsizlik və humanitar böhranların həlli üçün BMT-nin fəaliyyətinin davam etdirilməsinin zəruriliyini müzakirə ediblər”, - məlumatda bildirilir.

Bundan əlavə, tərəflər Efiopiyadakı vəziyyətə də toxunublar.

“Dövlət katibi Blinken Birləşmiş Ştatların səhiyyə, iqlim, ərzaq təhlükəsizliyi sahələrində, o cümlədən dünyanın ən aktual kollektiv çağırışlarını həll etməyə hazır olmasını təmin etmək üçün BMT sisteminin gücləndirilməsi və modernləşdirilməsinə sadiqliyini təsdiqləyib”, - Dövlət Departamenti əlavə edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10