Blinken Lavrovu gələn həftə Avropada görüşə dəvət edib

ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovu gələn həftə Avropada görüşə dəvət edib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Blinken bu barədə BMT Təhlükəsizlik Şurasının Ukraynanın şərqindəki münaqişənin həlli üzrə Minsk razılaşmalarının icrasına dair iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Vaşinqton, həmçinin Rusiya-NATO Şurası və ATƏT Daimi Şurası çərçivəsində görüşlərin keçirilməsini təklif edir.

“Bu görüşlər Ukraynada deeskalasiya üzrə anlaşmaya nail olmaq üçün əsas liderlərin sammitinə yol aça bilər”, - Blinken bildirib.

Qeyd edək ki, Lavrovla Blinken arasında sonuncu təkbətək görüş yanvarın 21-də Cenevrədə baş tutub. Bundan sonra iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında bir neçə telefon danışığı olub.

Digər xəbərlər