Belçikanın Baş naziri Aleksandr de Kro krallığın ədliyyə naziri Vinsent Van Kukenbornun istefaya göndərilməsi qərarını təxirə salıb.
“Report” xəbər verir ki, Belçikanın baş naziri bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Mən Van Kukkenbornun qərarını qeydə aldım və onun siyasi cəsarətinə hörmətlə yanaşıram. Bu məsələyə tam aydınlıq gətirmək üçün mən sabah Krallığın Təhlükəsizlik Şurasının daxili işlər nazirinin, baş prokurorun və federal polisin baş komissarının iştirakı ilə iclas çağırıram”, - Aleksandr de Kro qeyd edib.
Qeyd edək ki, Belçikanın ədliyyə naziri Vinsent Van Kukenborn oktyabrın 16-da Brüsseldə törədilən terror aktına görə istefa verib.