Bayden: "Klinton özünü yaxşı hiss edir"

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilsə də, vəziyyəti yaxşıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

"Zəng etdim. Deyəsən, özünü yaxşı hiss edir", - Bayden əlavə edib.

ABŞ-ın 42-ci Prezidenti (1993-2001) Bill Klinton oktyabrın 12-də Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib. CNN-in məlumatına görə, ABŞ administrasiyasının keçmiş rəhbərinə sidik yolu infeksiyası diaqnozu qoyulub.

75 yaşlı eks-prezident reanimasiya şöbəsinə yerləşdirilib, lakin bu, yalnız onun təhlükəsizliyi üçün edilib.

Digər xəbərlər