Baş katib: “İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb”

“İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb”.

“Report” xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“Bu gün yaxşı gündür. Masa ətrafındakı 32 dövlətlə daha da güclü olacağıq. On illərin ən ciddi təhlükəsizlk böhranı ilə qarşı-qarşıyaykən özümüzü daha təhlükəsiz hiss edəcəyik”, - o bildirib.

Xatırladaq ki, bu gün İsveç və Finlandiyanın xarici işlər nazirləri NATO-ya üzvlük barədə protokolları imzalayıblar.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12