Bağdadda partlayış nəticəsində 9 nəfər ölüb, 32-si yaralanıb

Bakı. 11 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 9 nəfər ölüb.

"Report" xəbər verir ki, daha 32 nəfər yaralanıb.

Partlayış, həmçinin yaxınlıqdakı bina, mağaza və mülki maşınlara ziyan vurub.

Minalanmış maşın Resalah rayonu ərazisində yerləşən küçələrdən birində partladılıb.

Digər xəbərlər