Azad Suriya Ordusu daha 10 kəndi terrorçulardan təmizləyib

Bakı. 29 avqust. REPORT.AZ/ Azad Suriya Ordusu tərəfindən daha 10 kəndin terrorçulardan təmizlənib.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Suriyada koalisiya qüvvələrinə dəstək vermək məqsədi ilə başlayan "Fırat Kalkanı" əməliyyatı çərçivəsində avqustun 24-dən indiyədək terrorçulardan ümumilikdə 400 kvadrat kilometr sahə təmizlənib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən icra olunan "Fırat Kalkanı" əməliyyatına Suriyada koalisiya qüvvələri də dəstək verir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09