Avstriyada illik inflyasiya 47 ilin maksimumuna çatıb

Avstriyada iyul ayında illik inflyasiya 9,3% təşkil edib, bu isə 1975-ci ilin fevralından sonra ən yüksək göstəricidir.

“Report” xəbər verir ki, bu barədə “Statistik Austria” idarəsinin məlumatlarından bəlli olur.

Məlumata görə, qiymət artımı daha çox yanacaq, ərzaq məhsulları və qida sahəsində qeydə alınıb.

Digər xəbərlər