Arizona ştatındakı hərbi bazada atışma baş verib

ABŞ-nin Arizona ştatında yerləşən "Luke" Hərbi Hava Qüvvələri bazasında naməlum şəxs atəş açıb.

"Report"un məlumatına görə, bu barədə bazanın rəsmi "Facebook" səhifəsində yayımlanan açıqlamada bildirilib.

"Luke" bazası atışma insidenti ilə bağlı məlumatlara görə tədbirlər görür. Şəxsi heyətə yerlərində qalmaq və sığınacaq tapmaq tapşırılıb", – bəyanatda qeyd olunub.

Hazırda mümkün qurbanlar və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.

Digər xəbərlər