Antoni Blinken Münxendə Ukrayna XİN başçısı ilə görüşüb

ABŞ-nin dövlət katibi Antoni Blinken Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

"Report" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"ABŞ Ukraynanın müdafiəsi və gələcəyinə sadiqdir. Bu gün Münxendə Dmitro Kuleba ilə ABŞ-nin bərpa səylərinə və azad və firavan Ukraynaya dəstəyi haqqında danışdım", - D.Kuleba qeyd edib.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08