Bakı. 17 sentyabr. REPORT.AZ/ Türkiyənin Antalya əyalətində turistləri daşıyan avtobus aşıb.
"Report" "Haberturk" telekanalına istinadən xəbər verir ki, nəticədə ən azı 2 nəfər həyatını itirib.
Məlumata görə, hadisə Qumluca qəzasında baş verib. Avtobusun salonunda 27 nəfər olub.