Amsterdamda yeni yoluxma hallarının 91 faizi “omikron” ştamına aiddir

Niderlandda koronavirusun “omikron” variantı fenomenal sürətlə yayılır. Hazırda Amsterdamda qeydə alınan yoluxma hallarının 90 faizi bu ştamın payına düşür.

“Report” xəbər verir ki, bu barədə Amsterdam Regional Epidemioloji Nəzarət Xidmətinin (ARGOS) hesabatında deyilir.

Belə ki, analiz nümunələri müsbət çıxan 76 nəfərin 69-da “omikron” aşkarlanıb.

Niderland hökuməti “omikron” ştamının yayılması ilə əlaqədar dekabrın 19-dan yanvarın 14-dək ölkədə karantin rejimi tətbiq edib. Ölkədə zəruri malların satıldığı yerlər, kinoteatrlar, teatrlar, muzeylər, idman zalları istisna olmaqla, bütün barlar, kafelər, restoranlar, mağazalar bağlanıb. Bərbərlər, gözəllik salonları da işləmir,

Yalnız ərzaq mağazaları, apteklər, kitabxanalar, yanacaqdoldurma məntəqələri və sürücülük məktəbləri açıqdır. Məktəblər də virusa görə bağlanıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10