Alp dağlarında qar uçqunu nəticəsində altı nəfər həlak olub

Bakı. 12 mart. REPORT.AZ/ İtaliyanın Alp dağları silsiləsində (Nevoso dağında) qar uçqunu nəticəsində altı nəfər həlak olub.

“Report” “Sky News”a istinadən xəbər verir ki, qar uçqunu İtaliyanın Valle-Aurina kommunasında 3 min metrdən çox yüksəklikdə baş verib.

Qeyd olunur ki, itkin düşən xizəkçilərin axtarışı üzrə əməliyyatlara vertolyot və itlər cəlb olunub.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09