Almaniyada yaşayış evində partlayış olub, üç nəfər ölüb

Almaniyanın cənub-qərbində yerləşən Albştadt şəhərində yaşayış evində qaz sızması nəticəsində partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, ev tamamilə dağılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Digər xəbərlər