Almaniyada COVID-19-dan 8 883 pasiyent ölüb

Almaniyada bir gün ərzində koronavirusa 601 yoluxma halı qeydə alınıb, COVID-19-dan daha 11 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, AFR-də toplam olaraq 189 135 yoluxma aşkar edilib, epidemiyanın başlanğıcından COVID-19-dan 8 883 pasiyent ölüb.

Virusa yoluxma hallarının ən böyük miqdarı Bavariyada qeydə alınıb - 47 827. Şimali Reyn-Vestfaliyada COVID-19-a ümumilikdə 40 372, Baden-Vürtemberqdə 35 272 yoluxma aşkarlanıb. Berlində 7 733 yoluxma mövcuddur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09