Almaniya Polşada “Patriot”ların yerləşdirilməsini dayandırır

Bundesver (Almaniya Silahlı Qüvvələri) Polşada “Patriot” raketdən müdafiə sistemlərinin, eləcə də onlara qulluq edən əsgərlərin yerləşdirilməsini dayandıracaq. Hava hücumundan müdafiənin komandanlığı yenidən Polşaya veriləcək.

“Report” xəbər verir ki, bu barədə DPA Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Polşa və Almaniya NATO-nun şərq cinahını çiyin-çiyinə müdafiə edirlər – mənim üçün bu, alyansdakı həmrəyliyin, eləcə də xalqlarımız arasında dostluğun və birliyin çox mühüm əlamətidir”, – agentlik Almaniyanın müdafiə naziri Boris Pistoriusdan sitat gətirib.

Xatırladaq ki, Almaniya 2023-cü ilin əvvəlində Polşaya ABŞ-nin “Patriot” raketdən müdafiə sistemləri verib. Əvvəlcə onların altı ay orada qalacağı gözlənilsə də, iyulun 3-də Polşanın müdafiə naziri Mariuş Blaşçak “Patriot”un azı ilin sonuna qədər Polşa ərazisində qalacağını açıqlayıb.

Digər xəbərlər