Almaniya kansleri: "Qərb ölkələri Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək"

"Qərb ölkələri Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Qərb liderlərinin iştirakı ilə keçirilən videokonfransdan sonra keçirdiyi brifinqdə deyib.

"Bizim hamının razılaşdığı aydın prinsiplərimiz var: Ukrayna bizim həmrəyliyimizi və dəstəyimizi almağa davam edəcək", - Almaniya kansleri deyib.

O, “Böyük yeddilik” çərçivəsində Ukraynaya 50 milyard avro məbləğində maliyyə dəstəyinin göstərilməsini mümkün hesab edir:

Eyni zamanda Almaniya hökumətinin başçısı yenidən Rusiyanı Ukraynadakı xüsusi hərbi əməliyyatı dayandırmağa, qoşunları Ukrayna ərazisindən çıxarmağa və atəşkəs rejiminin yaradılmasına razılıq verməyə çağırıb.

Digər xəbərlər