Avropa İttifaqı (Aİ) Rusiya ilə bağlı sanksiya siyahılarına daha 40 gəmi daxil etmək niyyətindədir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"Bu gün biz kölgə donanmasındakı gəmilərlə bağlı qərar qəbul edəcəyik. Söhbət 40 gəmidən və sanksiyalardan yayınmağa kömək edən şəxslərdən gedir", - K.Kallas Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından öncə bildirib.