Ağstafada qadın döyülərək ağır xəsarət aldı

Ağstafa rayonunda orta yaşlı qadın döyülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü K.R çənə sümüyünün sınığı ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkənin yaxınlarının dediyinə görə, onu əri döyüb. Hadisənin səbəbi isə hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər