ABŞ Prezidenti Donald Trampın Administrasiyası Venesuela ilə uzunmüddətli hərbi münaqişədə maraqlı deyil.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Ona sual verilib ki, Venesueladakı quru hədəflərinə hava zərbələrinin başlanması, habelə ABŞ Silahlı Qüvvələrinin bu ölkəyə mümkün tammiqyaslı hərbi müdaxiləsi Trampın seçiciləri arasında populyar olmayan uzun sürən hərbi münaqişəyə səbəb ola bilərmi.
Levitt cavabında deyib: "Uzun sürən müharibə bu prezidentin maraqlarına qətiyyən uyğun deyil, o bunu çox aydın şəkildə bildirib. O, sülh istəyir, həmçinin bütün ölkə üzrə yüz minlərlə amerikalının həyatına son qoyan narkotiklərin ABŞ-yə qanunsuz idxalına son qoyulmasını istəyir".