Ağ ev Donald Trampın telefon danışıqlarının dinlənilməsi məsələsini araşdırmağa başlayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Ağ ev ABŞ prezidenti Donald Trampın telefon danışıqlarından məlumatların sızamsı ilə bağlı araşdırmaya başlayıb.

“Report” “The Hill”ə istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Şon Spayser bildirib.

“Bəli, çox narahatıq və məsələni araşdırırıq. Bu sayaq sızıntılarda mövcud protokol və qanunlar pozulub”, - deyə o, vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, D.Tramp yüksək vəzifəli şəxslərlə danışığının detallarının aşkarlanmasından narahatdır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12