ABŞ Prezidenti Cozef Bayden vergi və digər cinayətdə təqsirli bilinəcəyi təqdirdə oğlu Hanteri əfv etməyəcək.
“Report” “Politico”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Brifinq zamanı ondan Baydenin oğlunu əfv edəcəyi ehtimalının olub-olmadığı soruşulub. "Xeyr", - Jan-Pyer cavab verib. Ağ Ev təmsilçis əlavə şərhdən imtina edib.
Bundan əvvəl Hanter Bayden vergi fırıldaqları ilə bağlı ittihamları qəbul etməkdən imtina edib.
İyulun 26-da Hanter Bayden Delaver ştatında məhkəmə qarşısına çıxarılıb. Onun iki vergidən yayınma faktı üzrə özünü təqsirli biləcəyi gözlənilirdi.