Ağ ev: ABŞ Ukraynaya qoşun göndərməyəcək

Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Edrien Uotson söyləyib.

Sözçünün sözlərinə görə, “Prezident Bayden ABŞ-nin Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə söyləyib”.

Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşunların göndərilməsinin mümkünlüyünü bildirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12